Scroll
"HYDROTRANS - ENGİNEERİNG" su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradılmışdır. Şirkət özünün əsas vəzifəsi hər bir layihə üçün fərdi həllərin yaradılmasını hesab edir. Müasir konstruksiyaların və materialların, müasir texnologiyaların təhlili, sifarişçi ilə birlikdə variantda layihələndirmə və son həllin seçilməsi, konstruksiyaların texnolojiliyi və istismar etibarlılığı şirkətin mühəndisləri üçün prioritet olan əsas prinsiplərdir.
"HYDROTRANS - ENGİNEERİNG" şirkəti yarandığı ildən ISO 9001:2008, 2018-ci ilin iyun ayından isə həmçinin BS ISO 9001:2015 tələblərinə uyğun olaraq keyfiyyət idarəetmə sistemindən istifadə edir.