Scroll

Böyükşor – Pirşağı avtomobil yolunun layihələndirilməsi

Yer

Azərbaycan

Böyükşor – Pirşağı avtomobil yolunun layihələndirilməsi

Hydrotrans Engineering şirkəti Bakı ilə Pirşağı qəsəbəsi arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması məqsədilə inşa olunan Böyükşor – Pirşağı avtomobil yolunun layihələndirilməsini uğurla həyata keçirmişdir.

Layihə çərçivəsində yolun texniki xüsusiyyətləri, təhlükəsizlik standartları və ərazi şəraiti nəzərə alınaraq, müasir mühəndislik həlləri tətbiq edilmişdir. Yeni yol sayəsində Pirşağıya səfər müddəti cəmi 22 dəqiqəyə enəcək, bu isə nəqliyyatın hərəkətini asanlaşdıracaq və sakinlər üçün əlavə rahatlıq yaradacaq.

Layihənin əsas texniki göstəriciləri:

  • Yolun ümumi uzunluğu — 12,7 km

  • Torpaq yatağının eni — 30,6 m

  • Hərəkət zolağının eni — 3,5 m

  • Avtomobil yolu ümumilikdə 6 hərəkət zolağından ibarətdir

  • 3 yol qovşağı

  • 4 körpü

  • 1 avtomobil keçidi

Layihələndirmə işləri 5 noyabr 2023-cü ildə başlanılıb və qrafikə uyğun olaraq 7 noyabr 2024-cü ildə tamamlanıb.

Hydrotrans Engineering ölkənin müasir və təhlükəsiz yol infrastrukturunun inkişafı üçün irimiqyaslı layihələrin hazırlanmasında iştirakını davam etdirir.

  • slide
Hydro

Başqa layihəyə baxmaq

Tankovaya küçəsindən Puşkin küçəsinədək hissədə (4.8 km) avtomobil yolunun layihələndirilməsi. Hissə 2- "Tankovoye dairəsi" meydanında yol qovşağının layihələndirməsi