Scroll

Marina "Venetian Harbour"

Yer

Azərbaycan

Marina "Venetian Harbour" — 1-ci seksiyanın konstruktiv hissəsinin layihələndirilməsinin tamamlanması


Məmnuniyyətlə bildiririk ki, "Sea Breeze" yaşayış kompleksinin tərkibində (Nardaran, Bakı) həyata keçirilən "Venetian Harbour" layihəsi çərçivəsində 1-ci seksiyanın konstruktiv hissəsinin layihələndirilməsi uğurla tamamlanmışdır.


Layihə Xəzər dənizinin sahilyanı zonasının mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla hazırlanmış həmçinin qurğunun etibarlılığını və uzunömürlülüyünü təmin edən monolit dəmir-beton konstruksiyalarını əhatə edir.
Konstruktiv hissə aşağıdakılardan ibarətdir:


•    Fundex texnologiyası ilə yerinə yetirilmiş dəmir-beton qazma-doldurma svaylar;
•    Dəmir-beton rigellər;
•    Dəmir-beton örtüklər;
•    Dəmir-beton divarlar.


Bütün monolit işlər +5 °C-dən aşağı olmayan temperaturda yerinə yetirilir. Temperatur aşağı düşdükdə, SNİP 3.03.01-87 tələblərinə uyğun olaraq qış betonlama texnologiyası tətbiq olunur.


•    Layihə sənədləri aşağıdakıları əhatə edən ümumi görünüşü özündə birləşdirir:
•    Plan;
•    Fasadlar
•    Uzununa və eninə kəsiklər;
•    Geoloji şəraitin ətraflı təsviri: qrunt sularının səviyyəsi və torpağın xüsusiyyətləri.


Konstruktiv hissənin layihələndirilməsinin tamamlanması layihənin həyata keçirilməsində mühüm mərhələdir və biz növbəti mərhələyə keçidi səbirsizliklə gözləyirik.

  • slide
  • slide
  • slide
  • slide
Hydro

Başqa layihəyə baxmaq

Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatının bərpası və inkişafı layihəsi