Scroll

“RF sərhədi (Samaraya)-Çimkənd” avtomobil yolunun КМ 1807 – 1837 hissəsinin bərpasının layihələndirməsi

Yer

Qazaxıstan

Qazaxıstan Respublikası Mərkəzi Asiyanın ən böyük ölkəsidir. Bu ölkə Qərbi Avropadan və Çin istisna olmaqla cənub-şərq Asiya ölkələrindən 5000 km-dən artıq məsafədə yerləşir. Qazaxıstan Respublikasının həm beynəlxalq, həm yerli yüklərinin (əsasən boru kəmərləri vasitəsilə nəql edilən qaz və neft istisna olmaqla) daşınması əsasən yerüstü nəqliyyatın (avtomobil və dəmiryol) vəziyyətindən asılıdır.

“RF sərhədi (Samara istiqamətində) –Çimkənd” avtomobil yolu respublika əhəmiyyətli yoldur və “Qərbi Avropa-Qərbi Çin” tranzit dəhlizinin tərkibinə daxildir. Bu layihə üzrə uzunlugu 30 km olan sementbeton örtüklü avtomobil yolunun layihələndirilməsi yerinə yetirilmişdir. Bundan əlavə ümumi uzunluğu 520,154 m olan 4 körpü və ümumi uzunluğu 624,736 m olan yolötürücüsünün layihələndirilməsi də daxil idi.

Texniki göstəricilər:

  • II dərəcəli yol texniki kateqoriya – PK 0 – PK 5+56,54;
  • Ib texniki kateqoriya – PK 5+56,54 – PK 284+11,29;
  • Yolun yenidən qurulan hissəsinin uzunluğu 11,7 km;
  • Torpaq örtüyünün eni m Ib dər. - 27,5 II dər. – 15;
  • Hərəkət hissəsinin eni m Ib dər. -15 II dər. - 7,5;
  • Hərəkət zolaqlarının sayı əd. Ib – dər. – 4, II dər. - 2;
  • Yol örtüyünün növü üzrə yol çiyninin bərkidilmiş hissəsinin eni M Ib dər. – 0,75 II dər. – 0,75;
  • Yol çiyninin I b dər.– 3,75, II dər. – 3,75.
  • slide
  • slide
Hydro

Başqa layihəyə baxmaq

Miami Residence