Scroll

Şəki-Kiş avtomobil yolunda Kişçay çayi üzərində körpünün layihələndirməsi

Yer

Azərbaycan

Müq.Yelisey kilsəsinin yerləşdiyi Kiş kəndi, Şəki şəhərindən bir neçə kilometr məsafədə yerləşir və tarixi və mədəniyyəti ilə bu qədim Azərbaycan şəhəri ilə sıx bağlıdır.

Layihənin sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-dir. Körpünün uzunluğu 89.2 metr, eni isə 11 metrdir.

Yeni körpünün hərəkət hissəsinin eni səkkiz metrdir. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun hər iki tərəfində 1,5 metr genişlikdə səki tikiləcəkdir. Körpü tək aşırımlıdır, körpünün çayın yatağı üzərində hündürlüyü 7 metrdir, bu isə gələcəkdə körpünün sellərin təsirinə məruz qalmasının qarşısını alar.

Körpünün texniki xüsusiyyətləri:

  • Sxem 1x80,2m.;
  • Tam uzunluq L = 89,2 m.;
  • Qabaritləri Q-7.0 m.

Körpünün aşırım qurğusu metal tağdan asılı olan monolit dəmir-beton tava şəklində yerinə yetirilmişdir. Körpünün kənar dayaqları individual konstruksiyaya malik olub massiv şəkildə nəzərdə tutulmuşdur.

 

  • slide
  • slide
  • slide
  • slide
Hydro

Başqa layihəyə baxmaq

Həzi Aslanov ərazisində dalan yollarının bərpası layihəsi