Scroll

Təsərrüfat arası suvarma şəbəkəsinin bərpasının və Samur-Abşeron kanalının baş qurğusunun durulducu hovuzunun layihələndirməsi

Yer

Azərbaycan

Sifarişçi: Azərbaycan Respublikası «Meliorasiya və Su Təsərrüfatı» ASC
Durulducu hovuz Samur çayının sağ sahilində, 60 illik istismar müddәtindә
yararsız hala düşən mövcud tikilinin yaxınlığında tikilmişdir.
Yeni durulducu hovuz 4 əsas hissədən ibarətdir: avankameralar (Q=70 m3/s), 8-m durulducu kameralar (Q=9,14 m3/s), yuyucu qurğular və sutoplayan hovuz (Q=64 m3/s).
Durulducu hovuzun yuyulmasının hidravlik üsulla həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Giriş hissəsi hidravlik üsulla işə salınan 48 yastı sürgülərlə təchiz edilmişdir.
Durulducu hovuza normal sərfiyyat verilən zaman (Q=70 m3/s) durulducu hovuzun 7 kamerası növbə ilə çöküntülərin duruldulması, 8-ci isə yumaq üçün işləyir. Normal həddən aşağı sərfiyyatlarda kameraların bir hissəsi durultma üçün işdən tәcrid oluna bilər və ya bütün kameralar aşağı sərfiyyatla işləyə bilər ki, bu da suyun durultma dərəcəsini artıracaq..
Durulducu hovuzun bütün konstruksiyaları B25, W6, F100 sinifli monolit dəmir-betondan hazırlanmışdır, QOST 5781-82* standartı ilə A-III sinifli dövri profil armaturu.
Tikintinin başa çatma tarixi - 2005-ci il
Tikinti müddəti - 2 il 
 

  • slide
  • slide
  • slide
Hydro

Başqa layihəyə baxmaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ avtomobil yolunun layihələndirməsi