Ələt şəhərində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin iş layihəsi olan Azərbaycan mühəndislik mərkəzi "HYDROTRANS - ENGİNEERİNG" tərəfindən hazırlanmışdır.
Böyük və vaxt aparan layihələndirilmə prosesi aşağıdakı layihələri əhatə etmişdir:
Bərə körpüləri kompleksi:
- Mərkəzi yanalma körpüsü;
- Mərkəzi keçid körpüsü;
- İki ədəd istiqamətləndirici dayaqlar;
- İki ədəd üç-aşırımlı körpü;
- Ro-Ro (avtonəqliyyat) körpüsü;
- Quru yüklər və konteynerlər körpüsü;
- Xidmət gəmilər körpüsü.
Və həmçinin:
- Ələt Limanı dəmiryol stansiyasını və Ələt Baş – Ələt Limanı mənzilini və ərazidaxili dəmir yollarını;
- Ərazidaxili avtomobil yolları;
- Xidməti binalar;
- Avtomobil keçid talvarları;
- Kommunikasiya xətləri və qurğular;
- Piyada keçidləri;
- Su təmizləyici qurğular;
- Elektrik yarımstansiyaları.
Liman kompleksinin yük dövriyyəsi ildə 25 mln.ton yük təşkil edir və ölkədə ən iri yük dövriyyəsindən biridir.