Natiq Balabəy oğlu Əliyev 1955-ci ildə Qusar şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan İnşaat Universitetinin körpü-tunel-metropoliten tikintisi mühəndisi ixtisası üzrə bitirib. 1977-2009-cu illərdə Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryollayihə” layihə institutunda böyük mühəndis, qrup rəhbəri və layihə baş mühəndisi vəzifələrində çalışıb. 2009-cu ildən “Texnomost” layihə-istehsalat müəssisəndə baş mühəndis və direktor vəzifələrində, 2012-ci ildə rebrending nəticəsində adı dəyişdirilmiş “Gidrotransproyekt” Elmi-tədqiqat müəssəsində direktor və 2021-ci ildən bir daha adı dəyişdirilmiş “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC –də direktor vəzifəsində çalışır.
Əliyev Qulam Nadir oğlu 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan İnşaat-Mühəndisləri Universitetini “Avtomobil yolları və təyyarə limanlarının tikintisi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Azərbaycan İnşaat-Mühəndisləri Universitetini “Nəqliyyat yolları, körpülər və tunellər” kafedrasında laboratoriya müdiri vəzifəsində işə başlayıb. 2000-ci ildə Ali məktəbin adı Prezident H. Əliyevin fərmanı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb. 2000-2006-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat yolları, körpülər və tunellər” kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib. 2006-2008-ci illərdə Almaniyanın Kocks GmbH məsləhətçi şirkətində layihəçi mühəndis vəzifəsində çalışıb. 2008-ci ildən bu günə qədər “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC-də işləyir. Hal-hazırda baş mühəndis vəzifəsində çalışır.
Şövqi Qurban oğlu Qələndərov 1982-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Körpülərin və nəqliyyat tunellərinin tikintisi” ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr və 2013-cü ildə İnşaat mexanikası kafedrasında Doktorluq dissertasiyası müdafiə edib Texnika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. İş fəaliyyətinə 2002-ci ildə “Texnomost”LİM-də layihəçi mühəndis vəzifəsinə başlamışdır. Sonradan aparıcı mühəndıs, konstruktor və hazırki dövrdə Baş konstruktor vəzifəsində çalışır. 2013-cü ildə müəssisənin adı “Gidrotransproekt”ETM adlandırılmışdır, daha sonra “Hidrotrans Engineering Mühəndislik mərkəzi olmuşdur.