Scroll

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsinin layihələndirilməsi

Dərc edilmişdir

Şirkətimiz tərəfindən layihələndirilən  "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi" Layihəsi üzrə avtomomobil yolunun tikintisi davam edir. Azərbaycan Respublikası genişlənməkdə olan regional daşınma təlabatını ödəmək üçün əlverişli mövqedə yerləşir. Azərbaycan Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Azərbaycan Mərkəzi Asiyanın qonşu dövlətlərindən başlayaraq Şərq-Qərb transit əlaqələrini gücləndirmək potensialına malik olmaqla, Xəzər dənizi sahilində 800 km məsafəyə qədər uzanır. Xüsusilə avtomobil yoluna görə infrastrukturun inkişafı Azərbaycan dövləti üçün, mühüm ünsür hesab olunur.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması
Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması
İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi
Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
Avtomobil yolunun keçdiyi ərazilərdə, Regionun potensial imkanlarının genişləndirilməsi

Layihənin sifarişçisi - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.
Yolun uzunluğu 14 km, eni 21 metr, 2 körpü və 1 tuneldən ibarətdir